
A Seriyasına yüksələn ikinci komanda bəlli oldu
İtaliyanın “Salernitana” klubu yeni mövsümdə A Seriyasında oynamaq hüququ qazanıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda İtaliya B Seriyasının sonuncu – 38-ci turunda “Peskara”ya 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlində ikinci pilləni tutub.
Bu nəticədən sonra xalını 69-a yüksəldən Fabrisio Kastorinin baş məşqçisi olduğu komanda, çempion “Empoli”dən sonra elitaya vəsiqə qazanan ikinci klub olub.
Qeyd edək ki, “Salernitana” sonuncu dəfə A Seriyasında 1997/98 mövsümündə mübarizə aparıb.
A Seriyasına yüksələcək sonuncu – üçüncü komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin