“A Seriyasına qayıtdığım üçün sevincliyəm”

Son mövsümdə “Fənərbaxça”da çıxış edən Edin Dzeko “Fiorentina”ya keçidi ilə bağlı ilk təəssüratlarını bölüşüb.

39 yaşlı hücumçunun transferi bir neçə gün öncə rəsmən açıqlanıb.

Komanda.az xəbər verir ki, “Sky Sport Italia”-ya danışan bosniyalı forvard yeni klubunda keçirdiyi ilk saatların xoş və xüsusi olduğunu bildirib:

“İlk saatlar çox gözəl keçdi. Yeni komanda yoldaşlarım və klub əməkdaşları ilə tanış oldum. A Seriyasına qayıtdığım üçün sevincliyəm. Belə gözəl şəhərdə və prestijli klubda oynamaq mənim üçün böyük şərəfdir”.

Dzeko 2024/25 mövsümündə “Fənərbaxça”nın heyətində 53 oyunda iştirak edərək, 21 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button