“Milan” ona görə 40 milyon avro ödəməyə hazırdır

İtaliyanın “Milan” klubu yay transfer pəncərəsi dövründə heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Betis”dan Nabil Fekiri transfer etmək istəyir. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. “Milan” 26 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdır.

“Betis”lə 2023-cü ilin yayına qədər müqaviləsi olan Fekirin sərbəstqalma məbləği 100 milyon avrodur. Fransız futbolçu bu mövsüm La Liqada 22 oyunda 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button