
“Atalanta”nın müdafiəçisi koronavirusa yoluxdu
İtaliyanın “Atalanta” klubunun futbolçusu Kristian Romero koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı müdafiəçinin yanvarın 29-da verdiyi koronavirus testinin nəticəsi pozitiv olub. Xəstəliyi simptomsuz keçirən futbolçu ev karantininə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin