A Seriyası klubunda 2 ayrılıq

İtaliyanın “Torino” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi yarımmüdafiəçi Yakopo Seqre və müdafiəçi Kristian Ansaldi ilə vidalaşıb.

Seqre “Palermo”ya, Ansaldi isə “Parma”ya transfer olub. Onlar yeni klubları ilə müvafiq olaraq, 3 və 1 illik müqaviləyə imza atıblar.

25 yaşlı Yakopo Seqre “Torino”nun öz yetirməsi idi. Lakin italiyalı yarımmüdafiəçi Turin klubunda çox az oynayıb. O, “Pyaçentsa”, “Venesiya”, “Kyevo”, SPAL və “Peruca” klublarında icarədə olub.

Kristian Ansaldi isə 2017-ci ilin yayından “Torino”nun uğurları üçün çalışırdı. Argentinalı futbolçu bu müddətdə meydana çıxdığı 135 oyunda 10 qol da vurub. 35 yaşlı futbolçu daha öncə “Nyuells Old Boyz”, “Rubin” (Kazan), “Zenit”, “Atletiko” (Madrid), “Cenoa” və “İnter” kimi klubların da uğurları üçün çalışıb. O, Argentina yığmasında da 5 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button