A Seriyası klubunda bir aylıq baş məşqçi
İtaliyanın “Breşiya” klubu yenidən baş məşqçi postunda dəyişiklik edib.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi bir müddət əvvəl baş məşqçi postuna gətirdiyi Fabio Qrosso ilə yollarını ayırmaq məcburiyyətində qalıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Noyabrın 4-də baş məşqçi təyin olunan İtaliya yığmasının sabiq üzvü komandanı uğursuzluq zolağından çıxara bilməyib. Ardıcıl altı məğlubiyyətlə üzləşən klub rəhbərliyi çıxış yolunu yenidən baş məşqçi dəyişikliyində görüb.
Artıq “Breşiya”nın yeni baş məşqçisi də məlumdu. Klub rəhbərliyi Qrossonun əvəzində Eugenio Korinini baş məşqçi postuna gətirib.
Qeyd edək ki, “Breşiya” hazırda 13 oyuna topladığı 7 xalla sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin