
A Seriyası klubunda baş məşqçi istefası
İtaliyanın “Spetsiya” klubunun baş məşqçisi Tyaqo Motta istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Motta 2021-ci ilin iyul ayından “Spetsiya”ya rəhbərlik edirdi. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədər idi.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin