A Seriyası ilə bağlı yeni təklif: Kubok oyunları…

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliyanın futbol liqaları ilə bağlı yeni təklilf irəli sürülüb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ölkənin futbol federasiyası liqalara kubok oyunları ilə start verməyi təklif edib. Hazırlanan yeni təqvimdə kubokun yarımfinal oyunlarının 27-28 mayda keçirilməsi nəzərdə tutulub. Bundan sonra isə mayın 31-də A Seriyasının oyunlarına start verilməsi düşünülür.

Növbəti həftə keçiriləcək iclasda yeni təqvimin müzakirə ediləcəyi və A Seriyasının bərpa vaxtı ilə bağlı rəsmi tarixin açıqlanacağı gözlənilir.

İtaliya kubokunun yarımfinal mərhələsində “Yuventus”la “Milan” və “Napoli” ilə “İnter” qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button