Kasilyas İtaliya çempionatını təriflədi

“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas İtaliya A Seriyasının səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Milan News”-a istinadən xəbər verir ki, ispaniyalı keçmiş qolkiper “Portu”da çalışdığı “Milan”ın yeni baş məşqçisi Serjio Konseysaodan da danışıb:

“A Seriyası bu gün daha rəqabətlidir, son illərdə bir çox fərqli komanda titul qazanıb. Bu gün mən böyük komandalara qoşulan güclü “Napoli”, “Atalanta”, “İnter” və Konseysaonun gəlişi ilə əla məşqçisi olan “Milan” görürəm. Serjio oyunçularında ən yaxşısını necə ortaya qoyacağını bilir”.

Konseysao 2024-cü il dekabrın 30-da “Milan”ın başına keçib. Portuqaliyalı mütəxəssis artıq bu komanda ilə ilk kubokunu da qazanmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button