
Buffon: “A Seriyası əvvəlki kimi etalon deyil”
Sabiq qapıçı Canluici Buffon A Seriyasında futbolun səviyyəsini şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya çempionatında futbolun dəyişdiyini söyləyib:
“Futbol dəyişdi. A Seriyası əvvəlki kimi etalon deyil. İndi İtaliya çempionatı daha güclü liqalara keçmək üçün tramplin olub. Futbolçularımız Premyer Liqaya gedəndə, bu, müsbət məqam hesab olunur”.
“Napoli” İtaliya çempionatının 2024/25 mövsümündə çempion olub. “İnter” turnir cədvəlində ikinci, “Atalanta” isə üçüncü yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



