“Xavi mənə zəng etdi və “Barselona”ya çağırdı”
“Milan”ın yeni futbolçusu Ticani Reynders “Barselona”nın baş məşqçisi Xavi tərəfindən Kataloniya klubuna dəvət edildiyini bildirib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu Xavinin ona zəng etdiyini və komandasında görmək istədiyini deyib:
“Xavi mənə zəng etdi və “Barselona”ya çağırdı. Amma mənim üçün bu, mümkün deyildi. Çünki mən artıq “Milan”a keçməyə razı olmuşdum”.
İyulun 19-da Milan klubu Reyndersin transferini elan edib. O, “rossonyerlər”lə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Reynders 2017-ci ildən “Alkmar”da idi. O, ötən mövsüm bütün turnirlərdə 54 oyuna çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin