Azərbaycanlı iş adamından Rusiya klubunun durumu ilə bağlı açıqlama

“Ximki” klubunun səhmdarı, azərbaycanlı iş adamı Tufan Sadıqov komandanın durumu haqda açıqlama verib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sadıqov “Ximki”nin maliyyə probleminin olmadığını deyib:

“Klubun heç bir maliyyə problemi yoxdur və olmayacaq. Bildiyimə görə, strategiya əvvəlcədən planlaşdırılıb və klubun büdcəsi beş il üçün əvvəlcədən təsdiqlənib”.

Daha əvvəl Sadıqov “Ximki”nin sərmayəçisi olmadığını, kluba dəstək verdiyini bildirmişdi.

Xatırladaq ki, AFFA-nın milliyə cəlb etmək istədiyi Ayaz Quliyev də hazırda bu komandada çıxış edir. Həmçinin, azərbaycanlı mütəxəssis Nazim Süleymanov “Ximki”nin əvəzedici komandasını çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button