“Çelsi”nin futbolçusu İtaliyaya qayıdır?

“Çelsi”nin futbolçusu Emerson yenidən İtaliyada çıxış edə bilər.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, “İnter” 25 yaşlı futbolçunun xidmətində maraqlıdır. Artıq “neradzurra”nın Emerson üçün London klubu ilə danışıqlara başladığı da bildirilir.

Emerson “Çelsi”nin bu yay satışa çıxaracağı futbolçuların arasında yer alır.

İtaliyalı müdafiəçi ölkəsində daha əvvəl “Palermo” və “Roma”nın şərəfini qoruyub. Onun “Çelsi” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button