Paytaxt klubunun üç futbolçusu koronavirusa yoluxdu

Rusiyanın “Dinamo” (Moskva) klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Açıqlamada, Şarl Kabore, Sebastyan Şimanski və Klinton Njinin koronavirusa yoluxduğu bildirilib. Futbolçular komandadan ayrılaraq, karantinə alınıblar.

Rusiya Premyer Liqası rəhbərliyi bu gün keçirilməli olan “Krasnodar” – “Dinamo” matçını təxirə salıb. Qarşılaşma iyulun 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button