“Real” və “Barselona”dan oxşar qərar

İspaniyanın “Barselona” klubunun növbəti mövsüm üçün də futbolçuların məvacibini azaltmaq istədiyini xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real” da oxşar qərar verməyə hazırlaşır. Klublar koronavirusun iqtisadi təsirini azaltmaq üçün belə addım atmağı planlaşdırır. Həm katalonların, həm də “Real”ın növbəti mövsüm futbolçuların məvacibini 30 faiz azaltmağı düşündüyü bildirilir.

Bu qərar qəbul olunarsa, “Barselona” xərclərini 230 milyon avroya qədər azalda bilər.

Hər iki klub pandemiyanın yayılmasından sonra futbolçuların və klub işçilərinin məvacibini azaltmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button