Bu ay daha bir ölkədə çempionat bərpa olunacaq
Koronavirus pandemiyasına görə təxirə salınan daha bir ölkə çempionatının bərpa tarixi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Macarıstan çempionatı mayın 30-dan etibarən davam etdiriləcək.
Bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, martın 14-də dayandırılan çempionat qaldığı yerdən davam etdiriləcək. Bundan bir həftə öncə, mayın 23-də isə Macarıstan kubokunun qarşılaşmaları keçiriləcək.
Açıqlamada o da bildirilib ki, çempionatın iyunun sonuna kimi başa çatdırılması planlaşdırılır. Bu üzdən də komandalar ən azı 3 gündən bir oyuna çıxmaq məcburiyyətində qalacaqlar.
Bundan başqa, klublar həftədə iki dəfə və matçdan öncə bütün futbolçulardan koronavirusla əlaqədar analiz götürməlidilər.
Bizi Facebook-da izləyin