“Barselona”: Əvvəlcə test, sonra məşq
“Barselona”nın futbolçuları koronavirus testindən keçəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın bütün futbolçularının mayın 6-da koronavirus testindən keçəcəkləri bildirilib. Testin nəticələri yaxşı olsa, futbolçular klubun bazasında fərdi məşqlərə başlaya biləcək.
İspaniya La Liqasında mövsümün iyunda bərpa olunacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



