“Qarabağ” Avropa Klublar Birliyini Bakıya topladı
Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın təşəbbüsü ilə Bakıda baş tutan iclasda Türkiyə (“Beşiktaş”, “Fənərbaxça”, “Başakşəhir”), İsrail (“Makkabi” Hayfa, “Makkabi” Təl-Əviv) və MDB ölkələrinin (“Zenit”, “Zimbru”, “Daçia”, “Dinamo” Minsk, ÇSKA Moskva, “Lokomotiv” Moskva, “Jalgiris”), “Neftçi”, “Qəbələ” və “Qarabağ” klublarının nümayəndələri iştirak edib.
İclasda 2021-24-cü illərdə keçiriləcək yarışların reqlamenti və təşkil olunması, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun katibidir. Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin yekun iclası keciriləcək və burda regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək, daha sonra UEFA-ya təqdim olunacaq.
Bizi Facebook-da izləyin