Milli komandada korrupsiya şoku

Qana Futbol Federasiyası kişi və qadınlardan ibarət millilərin məşqçilərini istefaya göndərib.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, federasiya bütün məşqçilərə fəaliyyətlərinə görə təşəkkür edərək, uğurlar arzulayıb.

Oktyabr ayında federasiyanın prezidenti təyin olunan Kurt Okrakunun bir jurnalist-araşdırmaçının çəkdiyi sənədli filmdə əks olunan rüşvət və korrupsiya iddialarından sonra məşqçilər heyətinin işinə xitam verdiyi deyilir.

Kişilərdən ibarət Qana millisinin baş məşqçisi Kvesi Appia idi. 2012-2014-cü illərdə milliyə rəhbərlik edən mütəxəssis, 2017-ci ildə yenidən yığmanın “sükanı arxasına” keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button