2019-cu ilin ən çox azarkeş toplayan 10 oyunu SİYAHI
2019-cu ildə stadionlardan ən çox azarkeşin izlədiyi 10 oyun açıqlanıb.
Komanda.az “transfermarkt”a istinadən xəbər verir ki, keçən il ən çox azarkeş “Barselona” – “Liverpul” oyununda (3:0) olub. Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Kamp Nou”da keçirilən qarşılaşmanı 98 min 299 tərəfdar izləyib.
Siyahıda ikinci yeri “Kazer Çifs” – “Orlando Payrets” matçı tutub. “Sokker Siti” stadionunda keçirilən bu oyunu 88 min azarkeş izləyib.
1. “Barselona” – “Liverpul” (“Kamp Nou”, Barselona, 1 may) – 98 299 azarkeş
2. “Kayzer Çifs” – “Orlando Payrets” (“Sokker Siti”, Yohannesburq, 9 noyabr) – 88 000
3. “Mançester Siti” – “Uotford” (“Uembli”, London, 18 may) – 85 854
4. İl ərzində “Siqnal İduna Park”da (Dortmund, Almaniya) keçirilən bir neçə oyun – 81 365
5. “Real” – “Barselona” (“Santyaqo Bernabeu”, Madrid, 27 fevral) – 80 472
6. İl ərzində “Azadi” (Tehran) stadionunda baş tutan bir neçə oyun – 80 000
7. Fransa – Albaniya ( “Stad de Frans”, Sen-Deni, 7 sentyabr) – 78 000
8. “Milan” – “İnter” (“San-Siro”, Milan, 17 mart) – 77 749
9. İl ərzində “Alyans Arena”da (Münhen) keçirilən bir neçə oyun – 75 000
10. “Herta” – “Borussiya” (Dortmund) (“Olimpiya” stadionu, Berlin, 16 mart) – 74 667
Bizi Facebook-da izləyin