Macarıstanlı FİFA referisi karyerasını bitirdi

Macarıstanlı FİFA referisi Viktor Kaşşai karyerasını bitirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 44 yaşlı hakimin özü məlumat yayıb. Macarıstanlı hakim 2003-cü ildən FİFA referisi idi.

Kaşşai 2011-ci ildə Çempionlar Liqasının final matçını, AÇ-2016-nın açılış oyununu idarə edib. 44 yaşlı ədalət təmsilçisi 2011-ci ildə də ilin ən yaxşı hakimi seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button