“Qalatasaray” 6 qola üzüldü, PSJ, “Bavariya” və “Yuventus” 1/8 finalda!

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

E qrupunun favoritləri “Napoli” ilə “Liverpul” rəqiblərini evdə qəbul edib. “Napoli”nin qələbəsi və “Liverpul”un ən azı məğlub olmaması italyanların 1/8 final mərhələsinə vəsiqəsini rəsmiləşdirəcəkdi. Amma İngiltərə nəhənginin qalib gəldiyi gündə İtaliya təmsilçisi xal itkisi ilə üzləşib.

F qrupunda “Barselona” səfərdə məğlub etdiyi “Slaviya”nı doğma arenasında sınağa çəkib. Kataloniya təmsilçisi gözlənilməz xal itkisi ilə üzləşib. Bu qrupda “Borussiya” ilə “İnter” arasındakı qarşılaşmaya maraq daha böyük idi. Milanlılar ilk yarını 2:0 öndə başa vursalar da, fasilədən sonra 3 qol vuran meydan sahibləri möhtəşəm əzmkarlığa imza atıblar.

G qrupunun lideri “Leypsiq” çətin Rusiya səfərindən inamlı qələbə ilə dönüb. “Lion” isə autsayder “Benfika”nı qəbul edib və qələbə qazanıb.

H qrupunun ən diqqətçəkən oyunu Londonda keçirilib. 6 xalla liderliyi bölüşən “Çelsi” ilə “Ayaks” üz-üzə gəlib. 8 qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib. “Lill” isə növbəti mərhələ şansını davam etdirmək üçün səfərdə “Valensiya”ya qalib gəlməliydi. Amma ispanlar buna imkan verməyiblər.

A qrupunun lideri PSJ doğma azarkeşləri önündə “Brügge”ni məğlub etməklə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib. “Qalatasaray” isə növbəti mərhələ şansını davam etdirmək üçün Madriddə “Real”a uduzmamalıydı. Amma İstanbul klubu bu görüşdə böyük hesabla məğlub olub.

B qrupunda autsayder “Olimpiakos”u qəbul edən “Bavariya” da qrupdan çıxmaq hədəfinə nail olub.

Həmçinin C qrupunun lideri “Mançester Siti”ni də “Atalanta” səfərində 3 xal növbəti mərhələyə daşıyacaqdı. Amma “şəhərlilər” bu oyunda xal itkisi ilə üzləşiblər.

D qrupunda isə səfər oyununa çıxan “Atletiko” ilə “Yuventus”a minimum vəzifənin öhdəsindən gəlmək üçün evə 3 xalla qayıtmaq kifayət idi. Turin təmsilçisi bu vəzifənin öhdəsindən gəlsə də, Madrid klubu məğlubiyyətlə üzləşib.

Çempionlar Liqası, qrup mərhələsi, 4-cü tur

5 noyabr

F qrupu

Barselona (İspaniya) – Slaviya (Praqa, Çexiya) 0:0

Borussiya (Dortmund, Almaniya) – İnter (İtaliya) 3:2
Qol
: Hakimi, 51; 77. Brandt, 64 – L.Martines, 5. Vesino, 40.

G qrupu

Zenit (Rusiya) – Leyptsiq (Almaniya) 0:2
Qol
: Demme, 45+5. Sabitser, 63.

Lion (Fransa) – Benfika (Portuqaliya) 3:1
Qol
: Anderson, 4. Depay, 33. Traore, 89 – Seferoviç, 78.

E qrupu

Napoli (İtaliya) – Zalsburq (Avstriya) 1:1
Qol
: Lozano, 44 – Haaland, 11-pen.

Liverpul (İngiltərə) – Genk (Belçika) 2:1
Qol
: Veynaldum, 14. Oksleyd-Çemberleyn, 63 – Samata, 41.

H qrupu

Çelsi (İngiltərə) – Ayaks (Hollandiya) 4:4
Qol
: Jorjinyo, 5-pen; 71-pen. Aspilikueta, 63. R.Ceyms, 74 – Abraham, 2-öz qapısına. Promes, 20. Arissabalaqa, 35-öz qapısına. Van de Bek, 55.

Valensiya (İspaniya) – Lill (Fransa) 4:1
Qol
: Parexo, 66. Soumaoro, 82-öz qapısına. Kondoqbia, 84. Torres, 90 – Osimhen, 25.

6 noyabr

B qrupu

Bavariya (Almaniya) – Olimpiakos (Yunanıstan) 2:0
Qol
: Levandovski, 69. Perişiç, 89.

Srvena Zvezda (Serbiya) – Tottenhem (İngiltərə) 0:4
Qol
: Lo Çelso, 34. Son, 57; 61. Eriksen, 85.

D qrupu

Lokomotiv (Moskva, Rusiya) – Yuventus (İtaliya) 1:2
Qol
: Mirançuk, 12 – Remzi, 4. D.Kosta, 90+3.

Bayer (Leverkuzen, Almaniya) – Atletiko (İspaniya) 2:1
Qol
: Tomas, 41-öz qapısına. Volland, 55 – Morata, 90+4.

A qrupu

Real (İspaniya) – Qalatasaray (Türkiyə) 6:0
Qol
: Rodriqo, 4; 7; 90+2. S.Ramos, 14-pen. Benzema, 45; 81.

PSJ (Fransa) – Brügge (Belçika) 1:0
Qol
: İkardi, 22.

C qrupu

Atalanta (İtaliya) – Mançester Siti (İngiltərə) 1:1
Qol
: Paşaliç, 49 – Sterlinq, 7.

Dinamo (Zaqreb, Xorvatiya) – Şaxtyor (Donetsk, Ukrayna) 3:3
Qol
: Pektoviç, 25. İvanuşeç, 83. Ademi, 89 – Patrik, 13. Moraeş, 90+3. Tete, 90+7-pen.

Bombardir: Erlinq Haland (Zalsburq) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button