İtaliya klubu baş məşqçisi ilə vidalaşdı

İtaliyanın “Atalanta” klubu baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssislə yanaşı, onun köməkçiləri Stefano Çitterio, Federiko Peluzo, Fabio Korabi, Nikola Riva, Mattia Kazella, Andrea Ramponi və Andrea Berti də vəzifələrindən azad ediliblər.

Xatırladaq ki, Palladino ötən ilin noyabrından serbiyalı mütəxəssis İvan Yuriçin gedişindən sonra Berqamo klubunu çalışdırırdı. “Atalanta” onun rəhbərliyi altında başa çatan 2025/2026-cı illər mövsümündə İtaliya A Seriyasını 7-ci pillədə tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button