ABŞ Afrikanın ən yaxşı hakimini dünya çempionatına buraxmadı

Somali əsilli hakim Omar Abdulkadir Artan ABŞ tərəfindən viza almadığı üçün DÇ-2026-da iştirak edə bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Artan turnirin oyunlarında iş başında olmalı və hazırlıq prosesində iştirak etməli idi. Ancaq ABŞ rəsmiləri onun ölkəyə girişinə icazə verməyib.

Hakimin Afrikada 2025-ci ilin ən yaxşı referisi seçildiyi bildirilir. Viza problemi səbəbindən ona hətta diplomatik pasport təqdim olunsa da, bu, nəticəni dəyişməyib.

FİFA-nın açıqlamasında qeyd olunur ki, qurum ev sahibi ölkənin miqrasiya qərarlarına müdaxilə etmir və son qərar tamamilə ABŞ hakimiyyətinə məxsusdur. Təşkilat həmçinin, təsdiqləyib ki, hazırkı vəziyyətə görə Artan turnirdə fəaliyyət göstərə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button