“Real” Niderland millisinin futbolçusu ilə 4 illik anlaşıb

“Real” Niderland millisinin və “İnter”in müdafiəçisi Denzel Dumfrislə müqavilə imzalayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 30 yaşlı futbolçu ilə müddəti 4 il olan müqavilə bağlayıb. Anlaşma 2030-cu ilin iyununa qədər qüvvədə olacaq.

“İnter” transferdən 20 milyon avro gəlir əldə edəcək.

Niderlandlı futbolçu ötən mövsüm İtaliya A Seriyasında 20 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button