
“Real” Olise üçün yeni təklif hazırlayır
“Real” “Bayern”in yarımmüdafiəçisi Maykl Oliseni transfer etmək istəyindən əl çəkmir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “kral klubu” Fransa millisinin üzvü üçün etdiyi 150 milyon avroluq ilk təklifə rədd cavabı aldıqdan sonra yeni təklif hazırlayır.
Madridlilər bu dəfə 24 yaşlı yarımmüdafiəçi üçün 200 milyon avro ödəməyə hazırdır. Ancaq bu məbləğin də “Bayern” rəhbərliyini razı salmayacağı bildirilir. Münhen təmsilçisi futbolçunu daha yüksək məbləğə qiymətləndirir və onu satmağa tələsmir.
Olise 2024-cü ilin yayından “Bayern”in formasını geyinir. O, qısa müddətdə komandanın əsas simalarından birinə çevrilib və Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Fransalı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
Bizi Facebook-da izləyin



