
Azərbaycan millisi bu gün seçmə mərhələdə son oyununa çıxacaq
Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq. Oyun saat 21:00-da Bitola şəhərindəki “Petar Miloşevski” stadionunda start götürəcək. Görüşün baş hakimi gürcüstanlı Teona Sturua olacaq.
Qrupda Macarıstan 13 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



