
Kasado İngiltərənin 2 klubunun hədəfindədir
“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado İngiltərə Premyer Liqası klublarının maraq dairəsinə düşüb.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
22 yaşlı futbolçunun xidmətində xüsusilə, “Çelsi” və “Mançester Yunayted” maraqlıdır. Hər iki klub oyunçunun vəziyyətini yaxından izləsə də, hələlik rəsmi təklif göndərməyib.
Kasado 2024-cü ildən etibarən əsas komandanın heyətində müntəzəm forma şansı qazanmağa başlayıb. Ancaq yarımmüdafiədəki yüksək rəqabət onun gələcəyi ilə bağlı müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. Son məlumatlara görə, onunla maraqlanan klubların sayı kifayət qədər çoxdur.
İspaniyalı futbolçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



