“Nyukasl”dan ayrılan müdafiəçinin yeni klubu bilindi

“Vulverhempton” müdafiəçi Kiran Trippyer ilə müqavilə imzaladığını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu komandaya azad agent statusunda qoşulub. Müdafiəçi yeni baş məşqçi Rob Edvardsın yay transfer dönəmində ilk transferi olub.

Trippyer son olaraq “Nyukasl”ın formasını geyinib. O, eyni zamanda, daha əvvəl “Tottenhem”, “Atletiko” və “Bernli”də də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button