Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda San Marino yığması ilə qarşılaşacaq.

Oyun Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.

Azərbaycan millisi ilk yoxlama oyununda Maltaya iki cavabsız qolla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button