MY “Tottenhem”in kapitanına göz dikib

“Mançester Yunayted” yay transfer dövründə heyətini gücləndirmək istiqamətində işlərini davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın diqqət mərkəzində “Tottenhem”in kapitanı, argentinalı müdafiəçi Kristian Romero yer alıb.

“Mançester Yunayted” 28 yaşlı futbolçunun transferi üçün rəsmi təklif hazırlayır. İngiltərə klubu müdafiə xəttini gücləndirmək məqsədilə Romero ilə maraqlanır və yaxın vaxtlarda danışıqlara başlaya bilər.

Hazırda Argentina millisinin düşərgəsində olan Romero yaxınlaşan dünya çempionatına hazırlaşır. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button