“Mançester Yunayted” onu satmağa çalışır

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze klubdan ayrılacaq əsas namizədlərdən biri hesab olunur.

Niderlandlı futbolçu 2024-cü ilin yayında “Bolonya”dan təxminən 43 milyon avroya transfer olunsa da, İngiltərədə gözləntiləri doğrulda bilməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı forvardın yaxın vaxtlarda satılması real görünür. Klub rəhbərliyi hesab edir ki, onu təxminən eyni məbləğə yenidən İtaliyaya göndərmək mümkündür.

Zirkzenin xidmətində ən çox maraqlı olan klub “Roma”dır. Həmçinin, “Milan” da onu transfer siyahısında saxlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button