Meksika prezidenti DÇ-2026-dan danışdı

Meksika prezidenti Klaudiya Şeybaum qarşıdan gələn 2026-cı il dünya çempionatı ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu tarixi an adlandırıb:

“Bizim üçün bu, təkcə ən yaxşı komandaları şəxsən izləmək şansı deyil, həm də özümüzü sübut etmək, dünyaya Meksikanın nə olduğunu göstərmək üçün bir fürsətdir. Ölkəmiz tarixi bir an yaşayır. Qarşımızda çox iş var, amma bir neçə aydan sonra hər şey dünya kuboku üçün hazır olacaq”.

2026-cı il dünya çempionatı üç Şimali Amerika ölkəsində – ABŞ, Meksika və Kanadada keçiriləcək. Argentina millisi son dünya çempionudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button