Fransalı hücumçu Azərbaycan millisi ilə matçı buraxacaq

Fransa millisinin futbolçusu Kolo Muani DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmalarına qarşı matçlarda iştirak etməyəcək.

Komanda.az yerli mətbauta istinadən xəbər verir ki, buna səbəb hücumçunun zədəsinin ciddi olmasıdır.

“Tottenhem”də çıxış edən forvard “Mançester Yunayted”lə heç-heçə etdikləri Premyer Liqanın 11-ci turunun oyununda çənəsindən xəsarət alıb.

Müayinə zamanı onun çənəsində sınıq aşkarlanıb. Futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Fransa millisi noyabrın 13-də Ukrayna, üç gün sonra Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button