
“Brentford”un bombardiri iki klubun transfer siyahısındadır
“Brentford”un hücumçusu İqor Tiaqo İngiltərə Premyer Liqasının iki klubunun transfer siyahısındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” və “Nyukasl“ 24 yaşlı futbolçu ilə maraqlanır.
Tiaqo bu mövsüm Premyer Liqanın 10 oyununda meydana çıxıb və 6 qol vurub. Hazırda o, ən çox qol vuran oyunçular arasında ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



