
“Mançester Yunayted” ondan əlini üzüb
“Mançester Yunayted” Ceydon Sanço ilə yollarını birdəfəlik ayırmağa hazırlaşır.
25 yaşlı vinger hazırda icarə əsasında “Aston Villa”da çıxış edir. Ancaq Sanço yeni klubunda da özünü göstərə bilmir. O, cəmi iki dəfə start heyətində yer alıb və heç bir məhsuldar göstəricisi yoxdur.
Komanda.az “talkSport”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” artıq Sançodan gəlir əldə etmək ümidi ilə vidalaşıblar. Klub rəhbərliyi hesab edir ki, növbəti yay Sanço azad agent kimi komandadan ayrılacaq.
İngiltərəli futbolçunun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq. Anlaşmada avtomatik olaraq müddətin bir illik uzadılma şərti olsa da, klub bu variantdan istifadə etməyi planlaşdırmır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



