Buffon Tudorun “Yuventus”dan qovulmasından danışdı

“Yuventus”un sabiq qapıçısı Canluici Buffon baş məşqçi İqor Tudorun Turin klubundan qovulması ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı mütəxəssisin klubun rəhbərliyi ilə ortaq məxrəc tapa bilmədiyini düşünür:

“Düşünürəm ki, İqor Tudor klubun rəhbərliyi ilə ortaq məxrəc və ya empatiya tapmayıb. Bu gərginlik onun son müsahibələrində çox nəzərə çarpırdı. Bəlkə də, müəyyən oyunçular ona təzyiq göstəriblər, əks halda, o, belə açıqlamalar verməzdi”.

Hazırda “qoca sinyora”ya Luçano Spaletti rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button