
Messi: “Dünya çempionatına getmək üçün ən yaxşı formada olmalıyam”
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatında mümkün iştirakı ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun üçün ən yaxşı formada olmağın önəmini qeyd edib:
“Dünya çempionatına getmək üçün böyük bir istəyim var. Amma komandaya kömək etmək üçün ən yaxşı formada olmalıyam. Onlara mənim ən yaxşı formada olmağım lazımdır”.
Dünya çempionatı 2026-cı ilin yayında üç ölkədə keçiriləcək. Turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Argentina millisi son dünya çempionudur. Komanda finalda Fransa yığmasını penaltilərlə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



