
Kunde “el klasiko”dan əvvəl komandanın məşqinə qatılmayıb
“Barselona”nın müdafiəçisi Jül Kunde “Real”la matç öncəsi qrup məşqində iştirak etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu məşqi zalda keçib.
Kunde zədədən dolayı narahatlıq hiss etdiyi üçün onu ehtiyat tədbiri olaraq qorumağa qərar verilib. Oyunçunun bu gün komandaya qoşulması planlaşdırılır.
27 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 12 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Real”la “Barselona” arasındakı qarşılaşma oktyabrın 26-da keçiriləcək və saat 19:15-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



