“İnter” hücumçusu ilə bağlı tələsmir

“İnter” hücumçusu Markus Türamın zədəsinin bərpasını tələsdirməyi planlaşdırmır.

Fransalı futbolçu sentyabrın 30-da, UEFA Çempionlar Liqasının “Slaviya”ya qarşı (3:0) matçında bud əzələsindən zədə alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türamın yaxın iki matçı – A Seriyasında “Roma”ya və Çempionlar Liqasında “Union”a qarşı görüşləri buraxacağı gözlənilir. Onun 25 oktyabrda “Napoli” ilə keçiriləcək vacib oyuna qədər sıraya qayıtmasına ümid edilir.

Bundan əlavə, “İnter” rəhbərliyi gənc hücumçular Anja-Yoan Bonni və Françesko Espozitonun çıxışından razıdır. Hər iki oyunçu İtaliya çempionatında birlikdə 3 qol vurmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button