Türkiyə klubu baş məşqçisi ilə vidalaşdı

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Komanda.az xəbər verir ki, “Kayserispor” Markus Gisdolla yollarını ayırıb. Bu barədə klubun prezidenti Nurettin Açıkalın məlumat verib.

Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Gisdol mövsümün əvvəlində “Kayserispor”un baş məşqçisi təyin olunmuşdu.

“Sarı-qırmızılar” Super Liqada 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button