
“Kristal Pelas” “Real”la “Barselona”nın izlədiyi futbolçu ilə maraqlanır
Niderlandın “Alkmaar” klubunun yarımmüdafiəçisi Kes Smit “Kristal Pelas”ın diqqətini çəkib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin uzun müddətdir ki, böyük klublar tərəfindən yüksək qiymətləndirilən niderlandlı futbolçu ilə maraqlandığı bildirilir.
Smitin fəaliyyəti 2024/25 mövsümünün əvvəlindən “Real”, “Barselona”, “Mançester Yunayted” və digər klubların skautları tərəfindən izlənilir. O, bu mövsüm bütün yarışlarda 12 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



