
“Yaponiya və Koreya, tezliklə görüşərik”
“Real”ın cinah oyunçusu Vinisius Junior sosial şəbəkədə Braziliya millisinə dəvət almasını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial media hesabında bunu yazıb:
“Yaponiya və Koreya, tezliklə görüşərik”.
Yığma oktyabrda iki yoxlama oyunu keçirəcək. Komanda Cənubi Koreya və Yaponiya milliləri ilə qarşılaşacaq.
Vinisius bu mövsüm İspaniya liqasında “Real”ın heyətində 7 matç keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



