Osimhen: “Bu cür davam etsək, hər oyunda qalib gələcəyik”

“Qalatasaray” UEFA Çempionlar Liqasının ikinci turunda öz meydanında “Liverpul”u məğlub edib – 1:0. İstanbul təmsilçisinə qələbəni 16-cı dəqiqədə penaltidən vurduğu qolla Viktor Osimhen qazandırıb.

Komanda.az xəbər verir ki, matçın ən yaxşı futbolçusu seçilən nigeriyalı hücumçu görüşdən sonra açıqlama verib:

“Biz bütün gücümüzü ortaya qoyduq və güclü bir rəqibi məğlub etdik. Matçın ən yaxşı oyunçusu seçildiyimə sevinirəm, amma bu yalnız mənim deyil, bütün komandanın, həmçinin, məşqçimizin uğurudur. Azarkeşlərimiz həmişə olduğu kimi möhtəşəm idilər. Biz bu səviyyədə əsl gücümüzü göstərdik, döyüşçü kimi oynadıq. Bu cür davam etsək, hər oyunda qalib gələcəyik”.

Okan Burukun komandası 3-cü turda Norveç “Budo Qlimt”i ilə üz-üzə gələcək.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button