
ÇL: Kivu isveçrəli qapıçıya şans verəcək
“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının ikinci turu öncəsi mətbuat konfransında komandanın heyəti ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis isveçrəli qapıçı Yann Sommerin yenidən start heyətində meydana çıxacağını deyib.
Son iki oyunda milanlıların qapısını Xosep Martines qoruyub.
“İnter” – “Slaviya” qarşılaşması bu gün Milanda baş tutacaq və saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



