
“Sabah”da yeni təyinat
“Sabah” Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.
Bu barədə Komanda.az-a paytaxt təmsilçisindən məlumat verilib.
Gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyanın koordinatoru təyin edilib. 43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb.
Akademiyanın əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda “Sabah”ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



