“Qarabağ”ın rəqibi argentinalı futbolçu ilə maraqlanır

“Komo”nun yarımmüdafiəçisi Nikolas Paz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” argentinalı futbolçuyla maraqlanır. Eyni zamanda, “Real” öz akademiyasının məzunu olan futbolçunun gələn yay geri satın alma maddəsindən istifadə etməyi planlaşdırır. Lakin İngiltərə klubu bunun qarşısını almaq istəyir.

21 yaşlı oyunçu 2024-cü ilin avqust ayından “Komo”da çıxış edir. Tərəflər arasında mövcud müqavilənin müddəti 2028-ci ilin ortalarında bitəcək.

“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button