
“Arsenal” müdafiəçisi ilə yeni müqavilə bağlayacaq
“Arsenal” müdafiəçisi Vilyam Saliba ilə yeni müqavilə şərtlərini razılaşdırıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə müqavilənin yaxın günlərdə rəsmi olaraq imzalanacağı gözlənilir.
Danışıqlar hələ mayda başlamışdı. Bu müddət ərzində Salibaya “Real” da maraq göstərirdi.
Fransalı futbolçu “Arsenal”a 2019-cu ildə “Sent-Etyen”dən transfer olunub. O, cari mövsümdə klub səviyyəsində 5 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



