Ferdinand “qızıl top” haqda: “Rafinyanı heç kim dəstəkləməyib”

“Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand “Barselona”nın hücumçusu Rafinya Diasın “qızıl top”un səsverməsində beşinci yeri tutmasını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunu heç kimin dəstəkləmədiyini söyləyib:

“Barselona”nın və İspaniya mətbuatının Rafinyanı müzakirə etdiyini eşitdim. Niyə o beşinci yeri tutdu? “Qızıl top”a bütün hazırlıq zamanı onlar heç vaxt Rafinyanın adını çəkmədilər, hamı yalnız Lamin Yamaldan danışırdı. İndi Rafinyanın daha çox şeyə layiq olduğunu deyirlər. Amma həqiqət budur ki, Rafinyanı heç kim dəstəkləməyib”.

28 yaşlı futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 57 oyun keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button