
“Rafinya beşinci yerdədir? Bu, yaxşı zarafatdır”
“Santos”un hücumçusu Neymar “Barselona”nın futbolçusu Rafinyanın “qızıl top”un səsverməsində beşinci yeri tutmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu həmyerlisi haqda bunu deyib:
“Rafinya beşinci yerdədir? Bu, həqiqətən də yaxşı zarafatdır”.
PSJ-nin oyunçusu Osman Dembele “qızıl top”un qalibi seçilib. “Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal ikinci olub, PSJ-nin digər oyunçusu Vitinya isə ilk üçlüyü tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



